Haqqımızda

  • AS Agro – bu, AS Group Investment şirkəti tərəfindən 2016-cı ildə əsası qoyulmuş, şaxələndirilmiş kənd təsərrüfatı biznesidir. Azərbaycanın aparıcı şirkətlərindən biri olan AS Group Investment bütün dünyada fermerlər, pərakəndə şəbəkələr və investorlar üçün geniş imkanlar və həll yolları təqdim edir. Şirkət kənd təsərrüfatına perspektivli yanaşmadan istifadə edərək, məhsul və xidmətlərin yüksək keyfiyyətini təmin edir və beləliklə, fəaliyyətinin şəffaflıq və loyallığını maraqlı tərəflərə göstərir. Kənd təsərrüfatı və becərmə üzrə ixtisaslaşmış peşəkarlardan ibarət təcrübəli komandaya malik AS Agro tələbat və məqsədlərini qiymətləndirmək, uğurlu və etibarlı tərəfdaşlığı təmin etmək üçün kiçik və orta müəssisələr ilə sıx əməkdaşlıq edir. Məhsulun keyfiyyəti bizim müəssisəmizin ürəyidir. Biz çoxlu sayda nailiyyətlər əldə etmiş və yerli və xarici riteylerlər, investorlar və istehlakçılarla uzunmüddətli kooperativ münasibətlər qurmuşuq.

  • 2003-cü ildən dövlət və özəl sektorda uğurlu kompleks layihələri həyata keçirən “AS Group Investment” Şirkətlər Qrupu regionun aparıcı developerlərindən biridir.

    Savadlı idarəetmə, güclü, müasir texniki baza və qabaqcıl dünya texnologiyalarının tətbiqi şirkətin qısa müddət ərzində nail olduğu böyük uğurların rəhni olmaqla yanaşı, həm Azərbaycanda, həm də başqa ölkələrdə etibarlı işgüzar tərəfdaş nüfuzunu qazanmağa imkan verdi.

Xidmət

İstixanalar

Qablaşdırma

Logistika

Azərbaycanda aqronomiya məktəbi

Genişlənmə üzrə planlar

Məhsullar

İstixanalar

İstixanalarımız aqro-mühəndislik texnologiyasının ən yüksək standartlarına cavab verən konstruksiya ilə inşa olunmuş və müasir texnika ilə təchiz olunmuşdur. Etibarlılıq, davamlılıq, yüksək keyfiyyətli yığım və yüksək dəqiqliklə həyata keçirilən texniki nəzarət “AS Agro”nun başlıca üstünlüyüdür. Mütəxəssislərimiz hər gün istixanalarda icra olunan proseslərə nəzarət edir. Məhsul əldə etməzdən əvvəl biz bitkilər üçün əlverişli inkişaf şəraiti təmin etməliyik. Bitkinin müxtəlif inkişaf mərhələlərində optimal şərait yaratmaq məqsədilə hava nəmləndiricisi, ventilyasiya sisteminin quraşdırılmış, eləcə də, temperatur rejiminin tənzimlənməsi təmin edilmişdir.

Qablaşdırma

Qablaşdırma kompleksləri “AS Agro” müəssisəsinin ayrılmaz tərkib hissəsidir. Bizim məhsullarımız istixanalardan bilavasitə qablaşdırma komplekslərinə daxil olurlar. Burada onlar mütəxəssislərimizin daimi nəzarəti altında çeşidlənir və qablaşdırılırlar. Biz məhsullarımızın effektiv yüklənilməsi və ixracı üçün tam logistika həll yolunu təmin edirik.

Logistika

“AS Group”un logistika servisinin logistika sahəsində uzaqlara aparan nəqliyyat xətləri və biliklərə çıxışı var. İstehsalat məhsulumuzun həcmindən asılı olmayaraq, biz, tədarük zəncirinin standartlaşdırılması və optimallaşdırılması yolu ilə qablaşdırılmış yükün vaxtında çatdırılmasını təşkil edirik.

Azərbaycanda aqronomiya məktəbi

Yaxın gələcəkdə “AS Agro” şirkəti “AS Group Investment”in başçılığı altında Azərbaycanda tədris müəssisələrinin açılması yolu ilə elmi-aqrar biznesin daha dinamik inkişafını planlaşdırır. Aqrar-sənaye kompleksi və dünya elmi-tədris məkanında tələbatın olduğu rəqabətli mütəxəssisin formalaşması üçün şəraitin yaradılması. Bu müəssisələrdə yüksək ixtisaslı mütəxəssislər qrupu, həmçinin aqronomiya sahəsində professorlar dərs keçəcəklər. Bu tədris müəssisələrinin nəzdində aqronomiya sahəsində dərin biliklərə yiyələnmək, həmçinin “AS Agro” komandasında işə başlamaq şansını qazanmaq istəyənlər üçün əlverişli şərait yaradılacaq.

Genişlənmə üzrə planlar

2016-cı ildə “AS Group Investment” Abşeron yarımadasında, Hövsan quşçuluq sovxozunun ərazisində Abşeron Aqroparkı layihəsinin həyata keçirilməsinə start verdi. Layihənin ümumi sahəsi 434 ha təşkil edir. Layihə ümumilikdə iki hissədən ibarətdir. İlkin mərhələdə kiçik və orta sahibkarlıq üçün ümumi sahəsi 330 ha təşkil edən istixana komplekslərinin inşası nəzərdə tutulub. İkinci mərhələdə müxtəlif funksional obyektləri əhatə edəcək 24 ha sənaye zonası yaradılacaq.

Məhsullar

    Bu gün “AS Agro” şirkəti “Love Berry” çiyələyi, “Mucho” pomidoru, həmçinin “Snow White” ağ çiyələyi kimi 3 növ məhsulun inkişafı və becərilməsinə diqqət ayırır. Bizim məhsulların dadına baxmaqla, onların keyfiyyəti və inanılmaz dadına əmin ola biləcəksiniz. Alıcımızın rəyi bizim üçün birinci yerdədir, bu səbəbdən ən yaxşı növ və məhsulları peşəkar şəkildə becərir və diqqətlə seçirik. Əlavə olunmuş fayllarda məhsullarımızla ətraflı tanış ola bilərsiniz.

    Faylı yükləmək

  • Love Berry
  • Love Berry holland Albion çiyələk növüdür. O, ən yüksək təriflərə layiqdir və xoş ətri, şirin dadına görə çox məşhurdur. Bu növ yaxşı çiyələk dadının əsl biliciləri üçün yaradılıb.

  • Snow White
  • Bu, öz adını ananas + giləmeyvədən almış eksklüziv Pineberry çiyələk desertidir. Ananas və manqo aromatizatorlarının əlavə çalarlarını özündə birləşdirən güclü çiyələk dadı. Ağızda əriyən nazik qabıq – bu, ən şıltaq qurmana belə inanılmaz ləzzət yaşadacaq.

  • Mucho
  • Mucho pomidorları – bu, əsl dadın qiymətini bilənlər arasında çox populyar olan çəhrayı yapon tomatları markasıdır! Mucho pomidorları şirəlilik və əla dad ilə yanaşı, həm də iştaha gətirən ətir, hətta forma və böyük ölçüləri ilə fərqlənirlər.

Galereya

  • Kənd təsərrüfatı bizim ən müdrik fəaliyyətimizdir, çünki o, yekunda həqiqi sərvət, gözəl mənəviyyat və xoşbəxtliyə ən böyük töhfə vermiş olur.

    •TOMAS CEFFERSONUN CORC VAŞİNQTONA MƏKTUBUNDAN - (1787)
  • Kənd təsərrüfatının kəşfi sivil həyata doğru atılmış ilk böyük addım oldu.

    Artur Kit
Xəritəyə istifadə üçün üstünə basın

Əlaqə

Ünvan :

Ələsgər Qaibov küçəsi 11B
Nərimanov rayonu Bakı, Azərbaycan, AZ1029

Telefon :

(+994 12) 511 13 08/09/10

E-poçt :

office@asgroup.com

Əlaqə forması